Xəzər Xəbər

Marselo “Sevilya” ilə oyunda ehtiyat heyətdə yer alıb - artıq çəkiyə görə

İdman | 13:36 • 21 Yanvar 2019
Marselo “Sevilya” ilə oyunda ehtiyat heyətdə yer alıb -

İspaniyanın "Real Madrid” komandasının 42 yaşlı argentinalı baş məşqçisi Santyaqo Solari braziliyalı müdafiəçi Marselonu əsas heyətdən kənarlaşdırıb.


Xezerxeber.az xəbər verir ki, buna səbəb 31 yaşlı müdafiəçinin 6 kiloqram artıq çəkiyə malik olmasıdır. Belə ki, futbolçu La Liqanın 20-ci turunda "Sevilya” ilə görüşdə ehtiyat heyətdə yer alıb.


Marselo cari mövsümdə meydana çıxdığı 16 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.


"Real Madrid” hazırda turnir cədvəlində 36 xalla 3-cü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi lider "Barselona”dan 10 xal geridədir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti