Barselona milli kubokda 22 dəfə ardıcıl olaraq qələbə qazanmaqla yeni rekord qırıb.
Məlumata görə, Kataloniya təmsilçisi cavab matçında Levante klubunu 3-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə çıxıb.
Bundan əlavə, bu qələbə ilə Barselona yeni tarixi rekordu qırmağa yaxınlaşıb. Belə ki, Levante ilə görüşdə kataloniyalılar ardıcıl olaraq 38 matçda qol vurub.