"Qalatasaray”ın futbolçusu Harri Rodrigesin Səudiyyə Ərəbistanının "Əl İttihad” klubuna keçidi rəsmləşib.
Bu barədə İstanbul klubunun rəsmi saytı xəbər yayıb. Ərəblər Rodriges üçün "Qalatasaray”a 10 milyon dollar (17 milyon manat) ödəyəcək. Gələcəkdə futbolçu başqa kluba satılsa, transfer dəyərinin 10 milyon dollarından artığının 20 faizi türk klubuna çatacaq.
Qeyd edək ki, "Qalatasaray" kape-verdeli futbolçunu 2017-ci ilin yanvarında PAOK-dan 3.5 milyon avroya transfer etmişdi.
Fanat.Az