Xəzər Xəbər

Avroliqa: "Qalatasaray" portuqaliyalılara, "Fənər" ruslara rəqib oldu

İdman | 16:37 • 17 Dekabr 2018
Avroliqa:

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.


XəzərXəbər xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.


Püşkatamada 32 komanda iştirak edib və 16 cütlüyə bölünüb. Qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrup üçüncüləri rəqiblərini tanıyıb.


Türkiyənin "Qalatasaray" klubu Portuqaliya "Benfika"sına rəqib olub. "Fənərbaxça" Rusiyanın "Zenit" klubu ilə qarşılaşacaq.


"Qarabağ"la eyni qrupda yer alan "Arsenal" Belarus BATE-sinə, "Sportinq" İspaniyanın "Vilyarreal" klubuna rəqib olub.


1/16 final mərhələsinin oyunları 2019-cu ildə keçiriləcək. İlk matçlar fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də baş tutacaq.

Avropa Liqası

1/16 final

Viktoriya (Çexiya) - Dinamo (Zaqreb, Xorvatiya)

Brügge (Belçika) - Zalsburq (Avstriya)

Rapid (Avstriya) - İnter (İtaliya)

Slaviya (Çexiya) - Genk (Belçika)

Krasnodar (Rusiya) - Bayer (Almaniya)

Sürix (İsveçrə) - Napoli (İtaliya)

Malmö (İsveç) - Çelsi (İngiltərə)

Şaktyor (Ukrayna) - Ayntraxt (Almaniya)

Seltik (Şotlandiya) - Valensiya (İspaniya)

Renn (Fransa) - Betis (İspaniya)

Olimpiakos (Yunanıstan) - Dinamo (Kiyev, Ukrayna)

Latsio (İtaliya) - Sevilya (İspaniya)

Fənərbaxça (Türkiyə) - Zenit (Rusiya)

Sportinq (Portuqaliya) - Vilyarreal (İspaniya)

BATE (Belarus) - Arsenal (İngiltərə)

Qalatasaray (Türkiyə) - Benfika (Portuqaliya)

Xəbər lenti