Xəzər Xəbər

"Fənərbaxça" yay transferiylə yolları ayırır

İdman | 11:44 • 13 Dekabr 2018
"Fənərbaxça" yay transferiylə yolları ayırır

Uğursuz mövsüm keçirən "Fənərbaxça" qışda heyətinə əl gəzdirəcək.

İstanbul klubu yayda heyətinə qatdığı Tolqa Ciyərçini göndərmək fikrindədir. "Qalatasaray"dan ayrıldıqdan sonra "sarı-lacıvərdlilər"ə keçən Türkiyə millisinin üzvü "Fənərbaxça"da zədə səbəbindən forma şansı qazanmayıb. Məlumata görə, 26 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara dönüşü uzun çəkəcək. Bu səbəbdən də klub rəhbərliyi Tolqa ilə qışda yolları ayırmağa qərar verib.

Qeyd edək ki, Tolqa Ciyərçi "Volfsburq", "Borussiya" (Münhenqladbax), "Herta" və "Qalatasaray"da da çıxış edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti