Xəzər Xəbər

"Vorskla" Bakıya 22 futbolçu ilə gəlir

İdman | 16:16 • 24 Oktyabr 2018
"Vorskla" Bakıya 22 futbolçu ilə gəlir

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah "Qarabağ”ın qonağı olacaq "Vorskla” klubu Bakıya yola düşüb.

Poltava təmsilçisi paytaxtımıza 22 futbolçu ilə gəlir. Komandanın erməni futbolçusu Qeqam Kadimyan, Aleksandr Kobaxidze və Denis Vasin zədəli olduqları üçün Ukraynada qalıblar.

Qapıçılar: Boqdan Şust, Aleksandr Tkaçenko

Müdafiəçilər: Aleksandr Çijov, Ardin Dallku, Yevgeni Martınenko, Andro Giorqadze, Vladimir Çesnyakov, Vadim Sapay, İqor Perduqa, Artur, Taras Sak

Yarımmüdafiəçilər: Vyaçeslav Şarpar, Aleksandr Sklyar, Artyom Qabelok, Nacib Yakubu, Pavel Rebyonok, Maryan Mısık, Vladimir Odaryuk

Hücumçular: Vladislav Kulaç, Yuri Kolomets, Karyeka, Mixail Serqeyçuk

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Vorskla” oyunu saat 20:55-də başlayacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti