Xəzər Xəbər

“Liverpul”-“Mançester Siti” oyununda qalib müəyyənləşməyib

İdman | 09:08 • 8 Oktyabr 2018
“Liverpul”-“Mançester Siti” oyununda qalib müəyyənləşməyib

Oktyabrın 7-də İngiltərə Premyer Liqasının 8-ci turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, turun mərkəzi matçında "Liverpul” klubu son çempion "Mançester Siti” komandasını qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Qarşılaşmanın 87-ci dəqiqəsində Pep Qavardiolanın yetirmələri 11 metrlik cərimə zərbəsi vurmaq imkanı əldə etsələr də, Riyad Mahrez hədəfdən yayınıb.


Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:


"Fulhem” – "Arsenal” - 1:5


"Southampton” – "Çelsi” - 0:3

Xəbər lenti

Çox oxunanlar