Xəzər Xəbər

Marselo nöqtəni qoydu: "Ayrılmaq fikrim yoxdur"

İdman | 10:37 • 6 Sentyabr 2018
Marselo nöqtəni qoydu:

Kriştiano Ronaldonun "Real"dan ayrılmasındansonra Madrid klubunda xoşbəxt olmadığı iddia olunan və "Yuventus"da oynamaq istədiyi haqda xəbərlər dolaşan Marselo açıqlama verib.

Braziliya millisinin üzvü məlumatları təkzib edib: "Real"da çox xoşbəxtəm. Uzun müddətli müqaviləm var. Mənə görə dünyanın ən yaxşı klubundayam. Karyeramın sonuna qədər burada uzun müddət qalacam. Ayrılmaq fikrim yoxdur. Özümü "Real"da 18 yaşında həyəcanlı olduğumkimi hiss edirəm".

Qeyd edək ki, 30 yaşlı müdafiəçi 2007-ci ildən "Real"da çıxış edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar