Xəzər Xəbər

“Araz”ın oyunlarının vaxtı müəyyənləşib

İdman | 13:38 • 4 Sentyabr 2018
“Araz”ın oyunlarının vaxtı müəyyənləşib

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq "Araz” futzal klubunun oyunlarının vaxtı açıqlanıb.


Azərbaycan çempionu mübarizəyə "Vytis”lə (Litva) qarşılaşma ilə start verəcək. Oyun oktyabrın 3-də keçiriləcək. Təmsilçimiz ertəsi gün Maltanın "Valletta” klubu ilə gücünü sınayacaq. Qrupun sonuncu oyunu oktyabrın 6-da keçiriləcək. "Araz” Slovakiyanın "Luçenec” komandası ilə qarşılaşacaq.


Qeyd edək ki, 8-ci qrupun oyunları Slovakiyada keçiriləcək.

Xəbər lenti