Azərbaycanlı
qrossmeyster Şəhriyar Məmmədyarov Sinkfild Kuboku çərçivəsində keçirilən
oyunda Norveç təmsilçisi Maqnus Karlsenlə qarşılaşıb. XəzərXəbər-in məlumatına görə, turnirin 8-ci turunda keçirilən bu görüş heç-heçə ilə bitib.
Turnirin
digər qarşılaşmalarında da heç-heçə qeydə alınıb. 8 turdan sonra lider
Fabiano Karuanadır (5 xal). 2-ci, 3-cü, 4-cü və 5-ci yerlərdə Şəhriyar
Məmmədyarov, Aleksandr Qrişyuk, Levon Aronyan və Maqnus Karlsen (4,5
xal) qərarlaşıblar.
Turnirin sonuncu 9-cu turu avqustun 27-də keçiriləcək. Təmsilçimiz hindistanlı Vişvanatan Anandla görüşəcək.
Qeyd edək ki, Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq.