Xəzər Xəbər

"İnter" argentinalı hücumçu transfer etdi

İdman | 16:22 • 4 İyul 2018
"İnter" argentinalı hücumçu transfer etdi

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milan təmsilçisi Argentinanın "Rasinq" klubundan 20 yaşlı hücumçu Lautaro Martinesi transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, gənc forvardla 5 illik müqavilə imzalanıb.

İtaliya klubu bu keçid üçün qarşı tərəfə 23 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Rasinq"in yetirməsi olan Martines əsas komandada meydana çıxdığı 48 qarşılaşmada 22 qol vurub.

Xəbər lenti

Çox oxunanlar