Xəzər Xəbər

Riçard Almeydanın yeni klubu bəlli oldu: 3 illik müqavilə imzaladı!

İdman | 13:41 • 2 İyul 2018
Riçard Almeydanın yeni klubu bəlli oldu:

Azərbaycan milli komandasının üzvü Riçard Almeydanın yeni klubu rəsmən müəyyənləşib.

XəzərXəbər xəbər verir ki, "Qarabağ”da keçirdiyi 5 illik parlaq mövsümdən sonra Almeyda Qazaxıstan çempionatına üz tutub. Yarımmüdafiəçi Azərbaycan futboluna çox tanış sima olan Roman Qriqorçukun başçılıq etdiyi Astana klubu ilə 3 illik müqaviləyə qol çəkib.İlk il üçün müqavilənin dəyəri 1 milyon avrodur.

Məsələ burasındadır ki, "Astana” Riçardın xidmətində 3 həftədir ki, maraqlı idi. Lakin Avropada oynamaq istəyən braziliyalı onların təklifinə müsbət cavab vermirdi. Nəhayət, bu gün səhərsaatlarında yekun danışıqlar olub və Riçardla klub arasında 3 illik sözləşmə imzalanıb. (Futbol11.az)

Xəbər lenti

Çox oxunanlar