Xəzər Xəbər

"Qarabağ" İtaliya klubunun braziliyalı qapıçısına elçi düşdü

İdman | 17:08 • 30 İyun 2018
"Qarabağ" İtaliya klubunun braziliyalı qapıçısına elçi düşdü

"Qarabağ"ın maraq dairəsində olan daha bir qapıçının adı açıqlanıb.


Azərbaycan çempionu bu ölkənin "Verona" klubunda çıxış edən Nikolas Andradeyə elçi düşüb.


"Qarabağ" artıq braziliyalı qapıçı üçün "Verona"ya müraciət edib. 30 yaşlı qolkiperin İtaliya klubu ilə 2020-ci ilədək müqaviləsi var. Danışıqlar davam edir.


Qeyd edək ki, Nikolas Andrade indiyədək Braziliyanın "Atletiko Mineyro", "Villa Nova", "Tombense", "Anapolina", İtaliyanın "Virtus", "Trapani" və "Verona" klublarında çıxış edib. O, 2017/18 mövsümündə A Seriyasında 36, İtaliya Kubokunda 1 oyun keçirib. "Verona" mövsümün sonunda B Seriyasına düşüb.


Fanat.Az

Xəbər lenti