"Qalatasaray” Misir yığmasının üzvü Mahmud Trezege ilə razılığa gəlib.
Yarımmüdafiəçi yeni mövsümdən İstanbul təmsilçisinin uğurları üçün tər tökəcək.
Qardaş ölkədən olan həmkarlarımıza inansaq, 24 yaşlı futbolçuyaxın günlərdə 4 illik müqaviləyə imza atacaq. Trezege bu müddətdə 10 milyon avro qazanacaq. İstanbullular misirlinin məxsus olduğu "Kasımpaşa”ya 5 milyon avro ödəyəcək.
Trezege ötən mövsüm "Kasımpaşa”nın formasıyla 33 oyuna çıxıb. O, Superliqada 16 qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə ilə də yadda qalıb.
Fanat.Az