Xəzər Xəbər

Fernandu Santuş: "Nələr olduğunu anlaya bilmirdim"

İdman | 12:48 • 26 İyun 2018
Fernandu Santuş:

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2018-in qrup mərhələsinin sonuncu turunda İranla 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra açıqlama verib.

63 yaşlı çalışdırıcı mərhələ adladıqları üçün sevincli olduqlarını deyib:

"Oyuna yaxşı başlasaq da, İran sonradan üstünlüyü ələ aldı. Nələr olduğunu anlaya bilmirdim. UilyamKarvalyu meydanın mərkəzində yoxa çıxmışdı. Buna görə də yarımmüdafiədə oyunumuz pozuldu. Mərhələ adladığımız üçün sevinliyik. Keyroşu isə gözəl komanda yaratdığı üçün təbrik edirəm. İran sona qədər gözəl mübarizə apardı. Onlar həqiqətən də güclü idi. Oyunun gedişində yaxşı dəyişikliklər etdi. Bu, bizim yaxşı oyunumuz deyildi. Razı qalmadım. Ancaq nəticə yaxşı oldu".

Portuqaliya 1/8 finalda Uruqvayla qarşılaşacaq. Santuş şansları haqda danışıb:

"Uruqvay səviyyəli komandadır. Ulduz futbolçuları var və hamısı mükəmməldir. Ancaq bizim də önəmli "silahlarımız" var. Qalib gəlməyə çalışacağıq".

Xəbər lenti

Çox oxunanlar