Xəzər Xəbər

Bu klub 10 futbolçusu ilə yollarını ayırdı

İdman | 14:15 • 28 May 2018
Bu klub 10 futbolçusu ilə yollarını ayırdı

"Səbail” klubu 10 futbolçusu ilə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, müqavilələrinin başa çatması ilə əlaqədar Vüqar Nadirov, Elman Taqayev, Ruslan Əmircanov, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vaxit Orazsaxedov və Nurlan Novruzov klubu tərk etməli olublar.

Həmçinin qarşılıqlı razılıq əsasında Raul Yaqubzadə və Kərim Diniyevlə də anlaşmaya xitam verilib.

Daha öncə bu klubda icarə əsasında çıxış edən Faruk Miya və Yevgeni Koçuk da paytaxt təmsilçisini tərk etmişdi.

Xəbər lenti