UEFA Çempionlar Liqasının final matçının ən yaxşı oyunçusu müəyyənləşib.
İspaniyanın "Real” və İngiltərənin "Liverpul” klubları arasında keçirilmiş həlledici görüşün ən yaxşısı Qaret Beyl seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Meydana sonradan (61-ci dəqiqədə) çıxan uelsli futbolçu bu görüşdə vurduğu iki qolla komandasına qələbə (3:1) və ÇL-in baş mükafatını qazandırıb.