Xəzər Xəbər

"Arsenal" Türkiyə millisinin üzvünü transfer edir

İdman | 13:52 • 3 May 2018
"Arsenal" Türkiyə millisinin üzvünü transfer edir

Türkiyənin "Altınordu" klubunun prezidenti Seyid Mehmet Özkan açıqlama verib. O, 2016-cı ilin avqustunda 2,5 milyon avroya komandasından Almaniyanın "Frayburq" klubuna transfer olan Çağlar Söyüncünün İngiltərəyə transfer olacağını deyib.

Prezident "Altınordu" yetirməsinin "Arsenal"la anlaşmaq üzrə olduğunu bildirib:

"Çağlar Söyüncü "Arsenal"la anlaşmaq üzrədir. London klubu bizdən gənc futbolçuların siyahısını istəmişdi. Bu transferdən biz də pul qazanacağıq".

Klub patronu yayda 3 futbolçunu Avropaya satacaqlarını vurğulayıb:

"Qapıçılarımız - Erce Kardeşlerlə Berke Özər və yarımmüdafiəçimiz Barış Alıcını Avropaya satacağıq".

Qeyd edək ki, 21 yaşlı müdafiəçi Çağlar Söyüncü Türkiyə millisinin üzvüdür.

Xəbər lenti