Xəzər Xəbər

Zinəddin Zidan: "Hələ cütün taleyi həll olmayıb"

İdman | 12:07 • 26 Aprel 2018
Zinəddin Zidan:

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Real" səfərdə "Bavariya"nı 2:1 hesabıyla məğlub edib.

Matçdan sonra Madrid klubunun baş məşqçisi Zinəddin Zidan açıqlama verib. Mütəxəssis çətin qələbə qazandıqlarını dilə gətirib:

"Çox çətinlik çəkdik, amma sonda vacib qələbə qazandıq. Çempionlar Liqasında acı çəkmədən qələbə qazanmaq mümkün deyil".

Zidan bildirib ki, "Bavariya"nın cavab matçında qalib gəlmək gücü var:

"Hələ cütün taleyi həll olmayıb. "Bavariya"nın "Santyaqo Bernabeu"da qələbə qazanmaq gücü var. Biz Münhendə qalib gəldiyimiz üçün xoşbəxtik. "Yuventus"la görüşdən sonra rəqibə necə yaxınlaşacağımızı artıq bilirik. Diqqətli olmalıyıq. Yoxsa işlər bizim üçün pis ola bilər".

Zidan 35 yaşlı Frank Riberini tərifləyib:

"Bu gecə Riberi mükəmməloyun sərgilədi. Həqiqətən də möhtəşəm futbolçudur".

Xəbər lenti