Xəzər Xəbər

Renat Dadaşov özünə yeni klub tapdı

İdman | 14:48 • 27 Mart 2018
Renat Dadaşov özünə yeni klub tapdı

Millimizin futbolçusu Renat Dadaşov formasını qorumaq üçün özünə yeni klub tapıb.

18 yaşlı hücumçu qardaşı, millimizin sabiq futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi Almaniya Regional Liqasında mübarizə aparan Berlin "Dinamo”sunda məşqlərə başlayıb.

Qeyd edək ki, Renat Dadaşov Frankfurt "Ayntraxt”ının U-19-da komanda yoldaşına zərbə vurduğu üçün klubun məşqlərindən uzaqlaşdırılıb. Ona yaya kimi özünə klub tapmağa icazə verilib.

Xəbər lenti