Xəzər Xəbər

Azərbaycan Premyer Liqasının XVII turuna start verilir

İdman | 10:47 • 24 Fevral 2018
Azərbaycan Premyer Liqasının XVII turuna start verilir

Fevralın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarına start veriləcək.

Xezerxeber.az məlumat verir ki, iki günü əhatə edəcək turun ilk günündə "Qəbələ” səfərdə "Səbail”in qonağı olacaq. Günün digər qarşılaşmasında isə "Neftçi” və "Zirə” klubları üz-üzə gələcəklər.

Turun ikinci gününün birinci qarşılaşmasında "Keşlə” doğma meydanda "Sumqayıt” klubunu qəbul edəcək. Tura lider "Qarabağ” və "Keşlə” klubları arasında görüşlə yekun vurulacaq.

Qeyd edək ki, turnir cədvəlinə 41 xalla "Qarabağ” komandası başçılıq edir. "Qəbələ” 35 xalla ikinci, "Zirə” 31 xalla üçüncü, "Sumqayıt” 24 xalla dördüncü, "Neftçi” 19 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə "Səbail” (14 xal), "Keşlə” (12 xal) və "Kəpəz” (7 xal) qərarlaşıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti