Hollandiya yığmasının yeni baş məşqçisi bəlli olub.
"Narıncılar"ın "sükanı arxası"na son olaraq "Everton"u çalışdırmış Ronald Kuman keçib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Hollandiya millisinin heyətində 1988-ci ildə Avropa çempionatının qalib olan Kumanla 2020-ci ilə qədər müqavilə imzalanıb. 54 yaşlı mütəxəssis bu postda Dik Advokatı əvəz edib.
Qeyd edək ki, Hollandiya DÇ-2018-dən kənar qalıb.