"Monako" heyətinə yeni futbolçu cəlb edib.
Gələcəyin ulduzu kimi qələmə verilən "Cenoa"nın forvardı Pyetro Pelleqri karyerasını "knyazlıq klubu"nda davam etdirəcək. 16 yaşlı hücumçunun keçidi üçün 25 milyon avro ödənilib.
Qeyd edək ki, Pelleqri "Cenoa"nın yetirməsidir. Gənc oyunçu İtaliyanın U-15, U-16, U-17 və U-19 millilərində top qovub.