Xəzər Xəbər

PSJ Neymarı bu şərtlə "Real"a sata bilər

İdman | 10:26 • 26 Yanvar 2018
PSJ Neymarı bu şərtlə "Real"a sata bilər

PSJ-nin braziliyalı futbolçusu Neymar karyerasını İspaniya "Real Madrid”ində davam etdirmək istəyir. O "kral klubu”nda aşağı maaşa oynamağa da razıdır.

Paris klubu 26 yaşlı hücumçunu bir şərtlə buraxa bilər. Bunun üçün PSJ bu ilə Çempionlar Liqasının qalibi olmalıdır. Yeri gəlmişkən, adıçəkilən komandalar ÇL-nın 1/4 finalında üz-üzə gələcəklər.

Qeyd edək ki, Neymar ötən yay 222 milyon avro qarşılığında "Barselona”dan PSJ-yə transfer olub. Fransa çempionatında keçirdiyi 15 oyunda 15 qol vurub, 13 məhsuldar ötürmə verən forvardın illik maaşı 38 milyon avrodur.

Xəbər lenti