Xəzər Xəbər

“Fənərbaxça” onunla YOLLARINI AYIRDI

İdman | 16:40 • 19 Yanvar 2018
“Fənərbaxça” onunla

"Fənərbaxça” klubu ulduz futbolçusu Robin Van Persi ilə yollarını ayırıb.

Tərəflər qarşılıqlı razılaşma əldə edib və futbolçunun müqaviləsinə xitam verilib.

Bu ilin may ayınadək "Fənərbaxça” ilə müqavilə müddəti olan Robin Van Persinin adı "Feyenord” klubu ilə birgə hallanır.

Qeyd edək ki, adıçəkilən klub transfer xəbərini rəsmi şəkildə elan etməsə də, Robin Van Persinin adının yazıldığı formaları mağazalarında satışa çıxarmışdı./publika.az

Xəbər lenti