Xəzər Xəbər

İngiltərədə videotəkrar sistemindən nə vaxt istifadə olunacaq?

İdman | 13:15 • 8 Dekabr 2017
İngiltərədə videotəkrar sistemindən

İngiltərə futbolunda videotəkrar sistemindən (VAR) istifadə olunacaq tarix açıqlanıb.

Britaniyalılar ilk dəfə texnologiyanın köməyindən 2018-ci il yanvarın 6-da yararlanacaqlar.

İngiltərə Kubokunun III mərhələsi çərçivəsində keçiriləcək "Brayton” – "Cristal Palace” görüşündə hakimlər mübahisəli epizodlar zamanı videotəkrara müraciət edəcəklər.

Qeyd edək ki, hazırda sınaq mərhələsində olan VAR sistemindən İtaliya, Almaniya, Portuqaliya və daha bir neçə ölkədə istifadə olunur.

Xəbər lenti

Çox oxunanlar