Xəzər Xəbər

Ulduz futbolçusundan "Barselona"ya şok xəbər

İdman | 13:36 • 3 Dekabr 2017
Ulduz futbolçusundan

"Barselona" ağır itki ilə üzləşib. Baş məşqçi Ernesto Valvarde Samuel Umtitinin xidmətindən məhrum olub.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Selta" ilə dünən keçirilən və 2:2 hesabı ilə başa çatan oyunun start heyətində yer alan kamerunlu müdafiəçi 72-ci dəqiqədə zədə səbəbindən əvəzlənmişdi. Tibbi müayinədən keçirilən Umtitinin sağ dizində yırtıq aşkarlanıb. Bu səbəbdən 24 yaşlı müdafiəçi 8 həftə yaşıl meydandanlardan kənarda qalacaq. O, komandasının bu ay Çempionlar Liqasında "Sportinq"lə, La Liqada isə "Vilyarreal", "Deportivo" və "Real"la buraxmalı olacaq.


Qeyd edək ki, 2016-cı ildə "Lion"dan 25 milyon avroya transfer olunan Samuel Umtiti cari mövsümdə "Barselona"nın heyətində 19 rəsmi oyuna çıxıb.

Xəbər lenti

Çox oxunanlar