Xəzər Xəbər

"Qalatasaray"ın Cenk Tosun peşmanlığı

İdman | 14:18 • 25 Noyabr 2017
"Qalatasaray"ın Cenk Tosun peşmanlığı

"Beşiktaş" forması ilə fırtına kimi əsən Cenk Tosunun bir zamanlar "Qalatasaray"a transferi son anda baş tutmayıbmış.

Bu barədə "Milliyet" məlumat yayıb. 2011-ci ildə "sarı-qırmızılar" "Ayntraxt"dan ayrıldıqdan sonra Tosunu heyətə qatmaq istəsə də, forvard daha çox oynamaq üçün "Qaziantepspor"a keçib.

2014-cü ildə də Cenkin "Qalatasaray"a keçmək variantı yaranıb. Lakin Cenkdən həmin dövrdə komandaya baş məşqçilik edən Roberto Mannçini imtina edib. Belə olan halda 26 yaşlı oyunçu "Beşiktaş"a keçib.

Hazırda Türkiyə millisinin üzvü ilə bir sıra Avropa klubları maraqlanır.

Xəbər lenti