Xəzər Xəbər

Baş məşqçi xərçəng olduğunu açıqladı Futbolçular isə cavabında bunu etdi

İdman | 14:27 • 22 Noyabr 2017
Baş məşqçi xərçəng olduğunu açıqladı

Dünən Çempionlar Liqasının 5-ci turu çərçivəsində "Liverpul”la qarşılaşan "Sevilya” klubu ilə bağlı təəccüblü iddia qaldırılıb.

İddiaya görə, komandanın baş məşqçisi Eduardo Berizzo ilk yarıda 3-0 hesabı ilə məğlub olan futbolçulara xərçəng olduğunu bildirib.

Futbolçular da bu xəbərdən təsirlənərək matçın ikinci yarısında rəqib qapısından 3 dəfə top keçirib. Beləliklə matç bərabərə bitib.

Məsələ haqqında "Sevilya” açıqlama verməyib. Yalnız bu gün ərzində mətbuat konfransı keçiriləcəyi bildirilib./publika.az

Xəbər lenti