Xəzər Xəbər

Fazil Məmmədov I vitse-prezidenti işdən çıxardı

İdman | 14:09 • 24 Oktyabr 2017
Fazil Məmmədov I vitse-prezidenti işdən çıxardı

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb.

XəzərXəbər-in məlumatına görə, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə qurumun I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Sahib Ələkbərova həvalə edilib.

Xəbər lenti