Xəzər Xəbər

"Qarabağ"da ciddi itki: azı 3 həftə oynamayacaq

İdman | 17:15 • 19 Oktyabr 2017
"Qarabağ"da ciddi itki:

Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən "Qarabağ” – "Atletiko” (0:0) matçında zədələnən Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

İlkin müayinədən sonra müdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub.

Bunu saytımıza açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Onun sözlərinə görə, növbəti müayinədən sonra aparıcı futbolçunun durumuna tam aydınlıq gələcək.

Xəbər lenti