Xəzər Xəbər

“Barselona” İnyesta ilə ömürlük müqavilə bağlayıb

İdman | 15:00 • 6 Oktyabr 2017
“Barselona” İnyesta ilə ömürlük müqavilə bağlayıb

İspaniyanın "Barselona” klubu futbolçusu Andres İnyesta ilə yeni müqavilə barəsində razılığa gəlib. Apasport.az saytı xəbər ki, anlaşmaya əsasən, 33 yaşlı yarımmüdafiəçi karyerasının sonuna qədər hazırkı komandasının formasını geyinəcək.

Bu barədə məlumatı "Barselona”nın saytı yayıb. Yeni sözləşmənin rəsmən imzalanması mərasimi bu gün "Nou Kamp” stadionunda keçiriləcək.

La Liqanın cari mövsümündə 6 oyunda iştirak etmiş İnyestanın "Barsa” ilə qüvvədə olan müqaviləsi isə gələn ilin yayına kimi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, "Barselona”nın yetirməsi olan Andres İnyesta 2002-ci ildən əsas komandanın uğurları üçün çalışır. O, bu müddət ərzində 639 oyunda 55 qola imza atıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti