Xəzər Xəbər

"Milan"dan növbəti transfer

İdman | 16:59 • 22 Avqust 2017
"Milan"dan növbəti transfer

"Milan" yay transfer pəncərəsində 11-ci futbolçunu heyətinə qatıb.

"Qırmızı-qaralar" "Fiorentina"nın futbolçusu Nikola Kaliniçi heyətinə cəlb edib. 29 yaşlı hücumçu "Milan"da 1 illik icarə əsasında çıxış edəcək. "Milan" Xorvatiya millisinin üzvünü 20 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna da sahibdir.

"Milan" icarə haqqı olaraq "Fiorentina"ya 5 milyon avro ödəyib.

Xəbər lenti