Xəzər Xəbər

Arda Turanın transferi açıqlandı MƏBLƏĞ

İdman | 14:19 • 15 Avqust 2017
Arda Turanın transferi açıqlandı

"Qalatasaray" Arda Turanın transferini razılaşdırıb. Bu barədə az öncə "CNN Türk" məlumat yayıb.

Bildirilir ki, bu gün menecer Ahmet Bulutun vasitəçiliyi ilə "Qalatasaray" və "Barselona" rəhbərliyi arasında görüş baş tutub. Barselonada keçirilən görüşdə Ardanın bir illik icarəyə verilməsi ilə bağlı razılıq əldə olunub.

Ardanın bir il ərzində 5 milyon avro maaş alacağı bildirilir. "Barselona"ya isə 3 milyon avro icarə haqqı ödəniləcək.


Xəbər lenti