Xəzər Xəbər

Daha bir dünya ulduzu Türkiyə klubunda RƏSMİ

İdman | 18:06 • 31 İyul 2017
Daha bir dünya ulduzu Türkiyə klubunda

Daha bir tanınmış futbolçu Türkiyə çempionatında çıxış edəcək. Super Liqaya vəsiqə qazanan "Göztəpə" Portuqaliya millisinin üzvü Beto ilə müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tam adı Antonio Alberto Bastos Pimparel olan qapıçı ilə 1+1 illik müqavilə imzalanıb. bulunuyor.

Son iş yeri "Sportinq" olan Beto əvvəllər Portuqaliyanın "Portu", "Braqa", İspaniyanın "Sevilya", Rumıniyanın CFR kimi məşhur klublarında oynayıb. O, 2010/11 mövsümündə "Portu", 2013/14 və 2014/15 mövsümlərində "Sevilya" ilə Avropa Liqasını qazanıb. 35 yaşlı qapıçı karyerası ərzində Portuqaliya çempionluğunu, kubokunu, Rumıniya çempionluğunu qazanıb. 2009-cu ildən milli komandaya çağırılan Beto bu il Konfederasiyalar Kubokunun bürünc medalına sahib çıxıb./fanat.az

Xəbər lenti

Çox oxunanlar