2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən "Qarabağ” daha bir futbolçunun transferini reallaşdırıb.
XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb.
Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına
qoşulub. Peşəkar karyerasına Ukraynanın "Dnepr” klubunda başlayan 29
yaşlı çərçivə qoruyucusu daha sonra "Krivbass”a keçib. 2012-ci ildə
Donetsk təmsilçisi "Şaxtyor”a transfer olunan qolkiper geridə qalan
mövsümün sonuna kimi bu komandada forma geyinib.
O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına da dəvət alıb.