Xəzər Xəbər

Bu gün Azərbaycan klublarının Avropa Liqasındakı ilk rəqibləri müəyyənləşəcək

İdman | 10:35 • 19 İyun 2017
Bu gün Azərbaycan klublarının Avropa  Liqasındakı ilk rəqibləri müəyyənləşəcək

Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil qərargahında futbol üzrə Avropa Liqasının 2017/2018-ci il mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkü atılacaq.

Xezerxeber.az məlumat verir ki, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək mərasimdə Azərbaycanın üç klubu - "Zirə”, "İnter” və "Qəbələ”nin rəqibləri müəyyənləşəcək.

Mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək "İnter” və "Zirə” səpələnmişlər sırasında qərarlaşıblar və nisbətən zəif rəqiblərlə qarşılaşacaqlar.

Azərbaycan Premyer Liqasının gümüş medalçısı "Qəbələ” isə ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridir. Güclülərin arasında olan "Qəbələ” nisbətən zəif rəqiblə görüşəcək.

Xəbər lenti

Çox oxunanlar