Xəzər Xəbər

17 yaşlı boksçu döyüşdən sonra ölüb

İdman | 10:51 • 26 Mart 2017
17 yaşlı boksçu döyüşdən sonra ölüb

Böyük Britaniyada gənc boksçu həvəskar turnirdən sonra vəfat edib.

"Report" "The Independent"ə istinadən xəbər verir ki, 17 yaşı olan həvəskar boksçu 24 mart ərəfəsində keçirilən yarışlarda iştirak edib.

Döyüşdən sonra idmançının vəziyyəti pisləşib, ona ilkin tibbi yardım göstərilib. Lakin oğlanın həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanaya gəldikdən sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti