Xəzər Xəbər

Bakıda iki “KamAz” qaçırılıb

Hadisə | 10:17 • 8 Fevral 2024
Bakıda iki “KamAz” qaçırılıb

Fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “KamAz” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-dən Xezerxeber.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Fətəliyev saxlanılıb.

Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş Urfan Əhmədovu da müəyyən edərək saxlayıblar.

E.Fətəliyevin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən daha bir “KamAz” markalı avtomobili qaçırması da müəyyən olunub.

Həmin avtomobil də polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində tapılıb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Salyanda bir nəfər evdə yanaraq
Salyanda bir nəfər evdə yanaraq ÖLDÜ
09:05 • 29 Fevral 2024
Sumqayıtda avtomobil
Sumqayıtda avtomobil YANDI
09:05 • 27 Fevral 2024
Bakıda iki avtomobil toqquşub
Bakıda iki avtomobil toqquşub
09:15 • 25 Fevral 2024
Sarayda çoxmənzilli binada baş verən yanğın
Sarayda çoxmənzilli binada baş verən yanğın SÖNDÜRÜLDÜ
00:13 • 25 Fevral 2024
Toyu olacaq gənc yol qəzasında ÖLDÜ
Toyu olacaq gənc yol qəzasında ÖLDÜ FOTO
12:01 • 24 Fevral 2024
Yevlaxda iki maşın toqquşdu
Yevlaxda iki maşın toqquşdu ÖLƏN VAR
09:09 • 23 Fevral 2024
Gədəbəydə 52 yaşlı kişi
Gədəbəydə 52 yaşlı kişi BIÇAQLANDI
09:02 • 23 Fevral 2024

Xəbər lenti