Xəzər Xəbər

Qaçırdığı avtomobillə qəza törətdi

Hadisə | 10:26 • 8 Fevral 2024
Qaçırdığı avtomobillə qəza törətdi

Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Chevrolet” markalı avtomobilin qaçırılması və idarə edilərkən “Toyota” markalı avtomobilə vurulması barədə polisə məlumat daxil olub.

DİN-dən Xezerxeber.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən Səməd Əliyev saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024