Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Hadisə | 09:00 • 8 Fevral 2024
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində bir qaz sayğacı və bir kvadratmetr sahədə yığılan məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024