Xəzər Xəbər

Bakıda kafedə üç nəfər bıçaqlanıb

Hadisə | 09:25 • 30 May 2023
Bakıda kafedə üç nəfər bıçaqlanıb

Ağcabədi sakini kafedə kişini, onun arvadını və bacısı oğlunu bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Ağcabədi rayon sakini, 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu Binəqədi rayonu ərazisində yerləşən kafedə digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səfərov Səməndər Zəxara oğlunu, onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Səfərova Qahirə Zəkəriya qızını və Səməndər Səfərovun bacısı oğlu 2003-cü il təvəllüdlü Məmmədli İlkin Elşən oğlunu bıçaqlayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, Elxan Quliyev şübhəli şəxs qismində saxlanılıb.

 

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza
Biləsuvarda ağır qəza Ölənlər var
15:52 • 15 İyun 2025
Beyləqanda bazarda
Beyləqanda bazarda Yanğın
09:00 • 14 İyun 2025
Yardımlıda traktor aşdı, sürücü
Yardımlıda traktor aşdı, sürücü Öldü
09:35 • 13 İyun 2025
Xırdalanda yanğın söndürülüb
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO
14:20 • 12 İyun 2025
Bank kartları talanmaqda davam edir
Bank kartları talanmaqda davam edir
12:03 • 12 İyun 2025
Dənizdə meyit aşkarlanıb
Dənizdə meyit aşkarlanıb
09:04 • 10 İyun 2025
Qaxda ağır yol qəzası baş verib
Qaxda ağır yol qəzası baş verib
13:13 • 8 İyun 2025

Xəbər lenti