Xəzər Xəbər

Həbsdə olan qohumuna narkotik gətirən qadın saxlanılıb FOTO

Hadisə | 10:46 • 30 May 2023
Həbsdə olan qohumuna narkotik gətirən qadın saxlanılıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Xezerxeber.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rasim Arif oğlu Əsgərova sovqat gətirmiş qohumu Gəncə şəhər sakini Jalə Məhərrəm qızı Kazımovanın əşyalarına və üzərinə baxış keçirilən zaman sellofan paketin alt hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 4,633 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 3,419 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 0,44 qram olan narkotik maddə - marixuana, əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş 2 ədəd tibbi şprisin içərində ümumi çəkisi 0,5 ml olan heroin məhlulu aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar