Xəzər Xəbər

Zığ yolunda bir ailə yol qəzasının qurbanı olub

Hadisə | 10:40 • 29 May 2023
Zığ yolunda bir ailə yol qəzasının qurbanı olub

Bakıda avtomobil 3 piyadanı vurub öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Hövsan qəsəbəsi, Zığ yolu, Zığ bağları adlanan ərazidə baş verib.

1980-ci il təvəllüdlü Əliyev Ayaz Vəli oğlu idarə etdiyi ‘’Nissan Tiida’’ markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızını, onun gəlini 1984-cü il təvəllüdlü Cavadova Samirə Xudayar qızını və sonuncunun qızı 2020-ci il təvəllüdlü Hüseynova Məryəm Nadir qızını vurmuş nəticədə hər üç piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti