Xəzər Xəbər

Xızıda qohumu 24 yaşlı qadını öldürüb

Hadisə | 18:55 • 13 May 2023
Xızıda qohumu 24 yaşlı qadını öldürüb

Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Xızı Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

İbtidai istintaq davam edir.

Xəbər lenti