Xəzər Xəbər

Bakıda qadın oğurluq etdiyi üçün saxlanılıb FOTO

Hadisə | 13:00 • 13 May 2023
Bakıda qadın oğurluq etdiyi üçün saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı paytaxt ərazisində əsasən gözəllik salonlarına müştəri kimi daxil olaraq orada olan şəxslərin pul kisəsini oğurlayan Zərifə Əliyeva saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, həmin şəxs ifadəsində Yasamal rayonu ilə yanaşı Bakı şəhərinin Nərimanov rayonu və digər ərazilərində gözəllik salonları və başqa obyektlərdən oğurluqlar etdiyini etiraf edib.
Araşdırma zamanı Zərifə Əliyevanın Sabunçu rayonunda oğurluq etdiyi üçün barəsində cinayət işi başlanıldığı və axtarışda olduğu da müəyyən edilib.
Faktlarla bağlı Zərifə Əliyeva barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

Qəbələdə yaşayış binasında
Qəbələdə yaşayış binasında Yanğın
09:40 • 15 Mart 2025
"Boranı" restoranında
"Boranı" restoranında yanğın
10:26 • 14 Mart 2025
Sarayda dəm qazından boğulma
Sarayda dəm qazından boğulma
09:44 • 14 Mart 2025
Dumanlı hava davam edir
Dumanlı hava davam edir AÇIQLAMA
10:27 • 12 Mart 2025
Gəncədə döl ölü doğulub
Gəncədə döl ölü doğulub
14:41 • 9 Mart 2025
Lerikdə
Lerikdə Zəlzələ
09:08 • 9 Mart 2025

Xəbər lenti