Xəzər Xəbər

Bakıda iki uşaq quyuya düşərək ölüb

Hadisə | 09:16 • 18 May 2023
Bakıda iki uşaq quyuya düşərək ölüb

Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunöu Rayon Prokurorluğundan Xezerxeber.az.a bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.

Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024