Xəzər Xəbər

Qətldə şübhəli bilinən şəxs tutuldu

Hadisə | 09:20 • 12 May 2023
Qətldə şübhəli bilinən şəxs tutuldu

Mayın 10-u saat 20 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Ehtibar Abbasovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi Rayon Prokurorluğundan Xezerxeber.az-a verlən xəbərə görə, aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Azər Abbasovun aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasova kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azər Abbasov mayın 12-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti