Xəzər Xəbər

Bakıda kafe işçisi müştəri tərəfindən bıçaqlanıb

Hadisə | 11:44 • 18 Yanvar 2023
Bakıda kafe işçisi müştəri tərəfindən bıçaqlanıb

Yanvarın 17-i saat 20 radələrində Bakıda Alı Mustafayev küçəsində yerləşən kafedə 1993-cü il təvəllüdlü Elşən Vahidova bıçaqla xəsarətlər yetirən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Ramin Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.

Xəbər lenti