Xəzər Xəbər

Partlayış baş verən ərazidə avtomobillərin hərəkəti tezliklə tam bərpa olunacaq

Hadisə | 17:56 • 2 Yanvar 2023
Partlayış baş verən ərazidə avtomobillərin hərəkəti tezliklə tam bərpa olunacaq

Binəqədi rayonu S.Məmmədova küçəsində partlayışın baş verdiyi əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, polis işçiləri yolda hərəkətin tənzimlənməsini həyata keçirirlər. Qısa müddət ərzində hərəkət tam bərpa olunacaq.

Xəbər lenti